MM-in Komitə sədri: “Hər bir kommersiya bankı nüfuzu naminə qazandığı gəlirin bir hissəsini müştərilərlə bölüşməlidir”

MM-in Komitə sədri: “Hər bir kommersiya bankı nüfuzu naminə qazandığı gəlirin bir hissəsini müştərilərlə bölüşməlidir”
# 24 fevral 2016 13:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Hər bir kommersiya bankı müştərilərini qorumaq üçün imkanlar axtarmalıdır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, bəzi banklar tərəfindən müştərilərin kreditin ödənilməsi ilə bağlı müəyyən güzəştlərin tətbiq olunması təqdirəlayiq haldır: “Sevindirici haldır ki, bəzi banklar öz müştəriləri ilə əlaqə saxlayır. Bu banklar təşəbbüslə çıxış edərək, konkret addımlar ataraq müqavilələrin vaxtını uzadırlar və ya kreditlər üzrə 1,55 manat məzənnəsi ilə deyil, 1,30 manat məzənnəsi ilə ödənişləri qəbul edirlər. Bəzi banklar borcun əsas hissəsinin ödənilməsinə şərait yaradır ki, bunlar müsbət haldır. Hər bir kommersiya bankı müştərisini qorumaq üçün imkanlar axtarmalıdır. İnsanların qayğısına qalmalıdır, hər bir müştəri ilə görüşməlidir. Bu məsələ bütövlükdə dövlət səviyyəsində həll olunmur. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bilirsiniz ki, əmək haqları, təqaüdlər artırıdı. Hər bir kommersiya bankı da özünün nüfuzu naminə qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR