FHN həyətyanı sahələri su basması nəticəsində köməksiz qalan vətəndaşlara köməklik göstərib

FHN həyətyanı sahələri su basması nəticəsində köməksiz qalan vətəndaşlara köməklik göstərib
# 29 mart 2016 16:01 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Binəqədi rayonunda, yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR