Nazir: “Qanunsuz sahibkarlıq ortadan qalxmalıdır”

Nazir: “Qanunsuz sahibkarlıq ortadan qalxmalıdır”
# 26 yanvar 2016 11:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Qanunsuz sahibkarlıq ortadan qalxmalıdır. Bazada lazım olmayan yüz minlərlə uçot mövcuddur, amma elə əhəmiyyətli müəssisələr var ki, vergi uçotunda deyil. Ona görə də Vergilər Nazirliyinin uçotu ilə Statistika Komitəsinin uçotu arasında 10 dəfələrlə fərq olur. Vergilər Nazirliyi vergi məsələsini sahibkarın özünün öhdəsinə buraxır ki, hesablasın, Statistika Komitəsi daha fərqli uçot aparır. Ona görə də Vergilər Nazirliyinin uçotu ilə müqayisədə Dövlət Statistika Komitəsinin uçotunu daha doğru sayıram”.


APA-nın məlumatına görə, bunları bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada vergilər naziri Fazil Məmmədov bildirib. Nazir quşçuluq müəssisələrinin işinin mürəkkəb olduğunu, bəzən yüz minlərlə quşun hansısa xəstəlikdən tələf olması hallarının baş verdiyini, vergi ödəmə sahəsində müəssisələrin problemlərlə rastlaşdığını bildirib: “Burada baytarlıqla bağlı dövlət qurumlarının da üzərinə də müəyyən iş düşür. Mən quşçuluğun mürəkkəb sahə olduğunu nəzərə alıb, bu məsələni də hökumətin nəzərinə çatdıracağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR