Şəkidə 32 yaşlı qadın intihara cəhd edib

Şəkidə 32 yaşlı qadın intihara cəhd edib
# 12 aprel 2016 07:03 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 32 yaşlı qadın intihara cəhd edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 02:40 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1984-cü il təvəllüdlü Xeyrənsə Ələsgər qızı Paşayevə hər iki qolun bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Onun yaşadığı evdə intihar etmək məqsədi ilə kəsici alətlə hər iki qolunun bilək nahiyəsini kəsdiyi müəyyənləşib. X. Paşayevaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR