Brüsseldə antiterror əməliyyatı zamanı dörd polis əməkdaşı yaralanıb

Brüsseldə antiterror əməliyyatı zamanı dörd polis əməkdaşı yaralanıb
# 15 mart 2016 18:16 (UTC +04:00)

Bakı-APA. Brüsseldə Parisdə ötən ilin noyabrında törədilmiş silsilə terror aktları ilə bağlı cinayət işi çərçivəsində xüsusi əməliyyat keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı silahlı müqavimət göstərilib. Baş vermiş atışma nəticəsində dörd polis əməkdaşı yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Terrorçu olduqları ehtimal olunan silahlı şəxslərin sayı barədə dəqiq məlumat verilmir. İnsident Brüsselin Fore kommunasında baş verib.

Hadisə yerinə polis və ordunun xüsusi təyinatlı qüvvələri, həmçinin, zirehli texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR