Azərbaycanla əməkdaşlıqda ittiham olunan erməni mayor həbs olunub

Azərbaycanla əməkdaşlıqda ittiham olunan erməni mayor həbs olunub
# 09 dekabr 2015 08:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutyanı həbs edib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan MTX onu Azərbaycanla əməkdaşlıqda şübhəli bilir.

İddia olunur ki, müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi olmuş Ermənistan vətəndaşı Q. Marutyan Azərbaycanın xüsusi xidmət orqanlarına dövlət sirri təşkil edən məlumatlar ötürüb.

Q. Marutyana dövlətə xəyanət ittihamı irəli sürülüb, cinayət işi başlanıb.

İstintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR