Tanışını bıçaqlayan qadın 3 il müddətinə azadlıqdan məhrum edilib

Tanışını bıçaqlayan qadın 3 il müddətinə azadlıqdan məhrum edilib
# 01 sentyabr 2016 11:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirli bilinən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əlsultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Quliyeva 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü A. Quliyeva Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham olunub. O, tanışını bıçaqlamaqda təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR