Saatlıda avtomobilin vurduğu velosipedçi bir həftə sonra xəstəxanada ölüb

Saatlıda avtomobilin vurduğu velosipedçi bir həftə sonra xəstəxanada ölüb
# 21 may 2016 10:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Saatlıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 14-də saat 07 radələrində Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş Y. Kazımov mayın 20-də orada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR