Qırğızıstanın baş naziri istefaya gedib

Qırğızıstanın baş naziri istefaya gedib
# 11 aprel 2016 13:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qırğızıstanın baş naziri Temir Sariyev istefaya gedib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Nazirlər Kabinetinin bu gün keçirilən növbədənkənar iclasında deyib.

“Hökumət tərəfindən qəbul edilən bütün qərarlar qanuni olub və dövlətin maraqlarına cavab verib. Mən heç vaxt geriyə çəkilmirəm, bu, mənim xarakterimdə yoxdur. Öz vəzifəmdən istefa verməyə hazıram, lakin sona qədər sübut edəcəyəm ki, mən vicdanla çalışmışam və heç vaxt çirkin siyasi intriqalarla əlaqəm olmayıb. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür, bu prinsipə həmişə əməl edəcəm və bütün əsassız ittihamları təkzib edəcəm”, - deyə T. Sarıyev söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl nəqliyyat və kommunikasiya naziri Arqınbek Malabayev baş nazirin ətrafını Balıkçı-Korumdu yolunun tenderində Çin şirkətlərinin maraqlarını qorumaqda ittiham etmişdi. Məsələnin araşdrılması üçün yaradılan xüsusi parlament komissiyası 13 apreldə parlamentin baş nazirə etimadsızlıq göstərməsi barədə tövsiyə verib. Baş nazir isə parlament komissiyasının iclasının qapalı keçirildiyini və qəbul edilən qərarın ədalətli olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR