Qusarda 105 yaşlı seçici səs verib

Qusarda 105 yaşlı seçici səs verib
# 26 sentyabr 2016 12:19 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar rayonunda 105 yaşlı seçici seçki məntəqəsinə gələrək səs verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonunun Bədişqala kənd sakini 1912-ci il təvəllüdlü Döndərova Bəsbəyi Ziyadxan qızı 51 saylı Qusar seçki dairəsinin 39 saylı seçki məntəqəsində səsvermə hüququnda istifadə edib.

51 saylı Qusar Seçki Dairəsində 62 məntəqə var. Bu seçki dairəsində ümumi 45 878 seçici qeydiyyatdadır. Onlardan 817 nəfəri ilk dəfə səs verir.

Seçkiləri izləmək üçün 616 nəfər yerli müşahidəçi kimi qeydiyyatdan keçib. 10 məntəqədə isə veb kamera quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR