Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında yanğın baş verib
# 06 yanvar 2016 00:59 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən axşam yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasının pilləkən qəfəsində baş verib. Nəticədə pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı və qoruyucu açarı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR