Azərbaycanda bələdiyyələrin vergi yığımı sistemində təsir mexanizmi gücləndirilir

Azərbaycanda bələdiyyələrin vergi yığımı sistemində təsir mexanizmi gücləndirilir
# 29 yanvar 2016 09:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda bələdiyyələrin vergi yığımı sistemində təsir mexanizminin gücləndirilməsi nəzərdə tutulub.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən yaz sessiyasının ilk iclasında komitə sədri Arif Rəhimzadə bildirib. O qeyd edib ki, bu sessiyada bələdiyyələrin fəaliyyəti ilə bağlı ciddi işlər görüləcək: “Keçən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb. Bu, müsbət məsələ olsa da, icrasında müəyyən çətinlik var. Bununla bağlı hazırda müəyyən tədbirlər görülür, təklif hazırlanır. Təkliflər odur ki, bələdiyyələr vergiləri alanda onların vergi verənə bir təsir mexanizmi olsun. Bu məsələ ətrafında düşünülür”.

A. Rəhimzadə əlavə edib ki, bələdiyyələrin qeyri-hərrac yolu ilə mövsümi istifadəsi üçün torpaqların icarəyə verilməsi məsələsi gündəlikdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR