Türkiyə və Rusiyanın futbol yığmaları yoldaşlıq görüşü keçirəcək

Türkiyə və Rusiyanın futbol yığmaları yoldaşlıq görüşü keçirəcək
# 28 iyul 2016 09:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

APA-nın Türkiyənin “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, yoldaşlıq görüşünün avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılır. Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini matça dəvət edəcəyi gözlənilir. Yoldaşlıq görüşünün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində önəmli addım kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR