İtaliyanın sahil mühafizə qüvvələri 1200 miqrantı xilas edib

İtaliyanın sahil mühafizə qüvvələri 1200 miqrantı xilas edib
# 27 yanvar 2016 01:43 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Sahil Mühafizə Qüvvələri ötən gün Liviya sahillərində rezin və taxta qayıqlarda köməksiz vəziyyətdə qalmış 1271 miqrantın xilas olunması üzrə əməliyyat keçirib.

APA-nın “Röters”ə istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı İtaliyanın Hərbi-Dəniz və sahil mühafizə qüvvələrinin gəmiləri, həmçinin Sloveniyaya məxsus hərbi gəmi tərəfindən keçirilib.

Son məlumata görə, ötən ilin 10 ayı ərzində Aİ-yə 1,2 mln miqrant gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR