Səlim Müslümov: “Tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb”

Səlim Müslümov: “Tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb”
# 26 yanvar 2016 10:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Keçən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlinə təəssüf ki, tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb. Digər belə sahələr də var”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S. Müslümov bildirib ki, dövlət başçısı həmin sahələrdə iş yerlərinin sürətlə bərpa olunması barədə göstərişlər verib: “İnfrastruktur layihələri yenə də genişləndiriləcək, bu da arxasınca digər sahələri çəkəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR