Bakıda İran vətəndaşına qarşı quldurluq edilib

Bakıda İran vətəndaşına qarşı quldurluq edilib
# 02 avqust 2016 10:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 1-də Binəqədi rayonunun Fatmayı qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR