Azərbaycanın xaricdəki səfirliklərində anım tədbirləri keçirilib

Azərbaycanın xaricdəki səfirliklərində anım tədbirləri keçirilib
# 12 dekabr 2015 16:04 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Küveytdəki səfirliyində Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai-siyasi xadimləri iştirak ediblər.


Anma tədbirləri həmçinin Azərbaycanın Efiopiya, Pakistan və Belçikadakı səfirliklərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR