TQDK oktyabrın 1-də növbəti SAT imtahanlarını keçirəcək

TQDK oktyabrın 1-də növbəti SAT imtahanlarını keçirəcək
# 30 sentyabr 2016 10:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 1-də növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirəcək.

TQDK-dan APA-ya verilən məlumata görə, imtahanlar TQDK-nın inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahana buraxılış üçün tələb olunan sənədlər:

  • buraxılış vərəqəsi (Admission Ticket)
  • şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport (Identification document)

İmtahana buraxılış zamanı və imtahan müddətində imtahan qaydalarına (şəxsiyyəti təsdiq edən sənəd, kalkulyator, telefon və təhlükəsizlik üzrə tələblər daxil olmaqla) hazırlıqlı olmaq üçün imtahan verənlərə verilmiş keçiddən təlimat ilə tanış olmaları tövsiyə olunur: https://collegereadiness.collegeboard.org/sat/taking-the-test/what-to-expect

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR