Azərbaycan XİN rəhbəri Niderlandın yeni səfirini qəbul edib

Azərbaycan XİN rəhbəri Niderlandın yeni səfirini qəbul edib
# 05 sentyabr 2016 15:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Onno Kerversi qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Onno Kerversi ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsinin surətini nazirə təqdim edən O. Kervers diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR