Quldurluqda təqsirləndirilən şikayəti əsasında məhkəmə prosesi başlayacaq

Quldurluqda təqsirləndirilən şikayəti əsasında məhkəmə prosesi başlayacaq
# 07 may 2016 12:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quldurluqda təqsirləndirilən Samit Tahirov, Nahid Rəziyev və Elnur Muradov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın məlumatına görə, onların şikayəti əsasında məhkəmə prosesi mayın 11-də Bakı Apellasiya Məhkəməsində başlayacaq. Onlar şikayətlərində cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samit Tahirov 10 il, digərləri isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Bakı sakinlərinə qarşı quldurluq edərək pul ələ keçiriblər.

Hər üç şəxs Cinayət Məcəlləsinin 181 (quldurluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR