Bakı. Hafiz Heydərov - APA. Tərtərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini Cəlal Rüstəmovdan 4 kiloqram 045 qram marixuana götürülüb.