Nazirlik: Sərxoşluğun təyini məqsədi ilə 11 715 nəfər müayinədən keçib

Nazirlik: Sərxoşluğun təyini məqsədi ilə 11 715 nəfər müayinədən keçib
# 12 avqust 2016 11:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ədliyyə Nazirliyi tərəfindən 6 ay ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1 107 nəfər göndərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2016-cı ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 11 715 nəfər keçib. Məlumata görə, onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

Bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində 1 321 nəfər stasionar müalicəyə qəbul olunub: “Onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 748 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul edilib”.

Qeyd olunub ki, 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immun çatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb: “2016-cı ilin 6 ayı ərzində müayinədən 1088 nəfər keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR