Kemeron: “Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendum iyunda keçiriləcək”

Kemeron: “Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendum iyunda keçiriləcək”
# 20 fevral 2016 00:36 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı referendumun tarixi fevralın 20-də, nazirlər kabinetinin iclasından sonra bəlli olacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron Brüsseldə bəyan edib.

“Sabah mən nazirlər kabinetinin üzvləri ilə görüşəcəm, fevralın 22-də isə parlamentdə çıxışım nəzərdə tutulub. Düşünürəm ki, yaxın günlərdə referendumun keçiriləcəyi tarixi elan edəcəm. Çox güman ki, bu iyun ayı olacaq”, deyə D.Kemeron bildirib.

Baş nazir həmçinin bildirib ki, Böyük Britaniya avrozona və Şengen zonasına heç vaxt daxil olmayacaq.

Xatırladaq ki, Britaniyanın baş naziri Devid Kemeron Brüsseldə keçirilən sammit çərçivəsində ölkəsinin Avropa İttifaqında qalması ilə bağlı şərtləri təşkilatın rəhbərliyi ilə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR