Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı artıb

Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı artıb
# 01 aprel 2016 09:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. 2015-ci ildə Ali Məhkəmənin məhkəmə kollegiyalarında plenumun icraatında 11095 iş olub.

APA-nın xəbərinə görə, bu, Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında əksini tapıb.

Qeyd olunub ki, cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 işə, hərbi kollegiyada 175 nəfər haqqında 154 iş, mülki kollegiyada 6314 iş, inzibati-iqtisadi kollegiyada (inzibati) 1885 iş, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 423 iş, plenumda isə 12 iş icraata verilib.

Məlumatda qeyd olunub ki, ötən il məhkəmə kollegiyalarında və plenumun icraatında olan 11095 işdən cəmi 9404 işə baxılıb. Cinayət kollegiyasında 2110 nəfər haqqında 1856 işə, hərbi kollegiyada 151 nəfər haqqında 135 işə, mülki kollegiyada 5657 işə, inzibati-iqtisadi kollegiyada (inzibati) 1399 işə, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 345 işə, plenumda isə 12 işə baxıldığı bildirilib.

Məlumata görə, 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə 736 iş artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR