Banklar Assosiasiyası: Özəl kredit bürolarının yaradılması ilə bağlı fəaliyyət planı razılaşdırılıb

Banklar Assosiasiyası: Özəl kredit bürolarının yaradılması ilə bağlı fəaliyyət planı razılaşdırılıb
# 19 avqust 2016 11:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşüb.

ABA-dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda həmin büroların yaradılması ilə əlaqədar atılan addımlar, bu sahədə görülməli olan işlər müzakirə edilib. Eyni zamanda, büroların xaricdə fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda bu sahədə görüləcək işləri özündə əks etdirən fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.

Qeyd edək ki, “Creditinfo Group” təşkilatı Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR