Yeni il ərəfəsində “Azercell” “Pulsuz Danışıq Günləri” kampaniyasına start verib

Yeni il ərəfəsində “Azercell” “Pulsuz Danışıq Günləri” kampaniyasına start verib
# 03 dekabr 2015 11:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azercell Telekom” yeni kampaniyaya start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “SimSim” abunəçiləri üçün 3-20 dekabr tarixində “Azercell-dən Pulsuz Danışıq Günü” kampaniyasını keçirir.

Kampaniya çərçivəsində 3 AZN və ya daha yüksək nominallı danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni “Azercell”lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildirilir. Kampaniyaya qoşulmuş abunəçi, bu kampaniyaya yenidən ən son yükləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər.

Pulsuz danışıq günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniya qoşulan abunəçilər 1010 qısa nömrəsinə boş SMS göndərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, hər kəs tərəfindən böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən abunəçilərinə hədiyyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR