Kaxa Kaladze: "Azərbaycanla Gürcüstanın münasibətlərinə heç kim mane ola bilməz"

 Kaxa Kaladze: "Azərbaycanla Gürcüstanın münasibətlərinə heç kim mane ola bilməz"
# 04 noyabr 2015 12:53 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. "Qazlaşdırma bu gün də plan üzrə gedir. Biz düşünürük ki, 2017-ci ilin sonunda Gürcüstanın qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr başa çatacaq".

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Gürcüstanın uzun illərdir ki, SOCAR ilə dostluq əlaqələri mövcuddur. “Biz əsasən, əldə etdiyimiz təbii qazın demək olar ki, 90 faizini Azərbaycandan alırıq və əlbəttə, gələcəkdə də alacağıq. Bu, bizim üçün çox vacibdir. Biz bunu alqışlayırıq. Azərbaycanla Gürcüstan arasında münasibətlərə heç kim mane ola bilməz", - deyə K. Kaladze bildirib.

Gürcüstanın energetika naziri Azərbaycan ilə perspektiv planların yenə davam edəcəyini bildirib: "Bizim üçün çox vacibdir ki, Gürcüstanda yaşayan əhali qışda təbii qazla təmin olunub. Çox vacibdir ki, biz evlərimizdə qazdan istifadə edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR