Deputat İsmayıllının ucqar dağ kəndlərində seçiciləri ilə görüşüb

Deputat İsmayıllının ucqar dağ kəndlərində seçiciləri ilə görüşüb
# 26 avqust 2016 08:27 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov seçildiyi İsmayıllı rayonunun kəndlərində qəbullarını davam etdirir.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, bu günə kimi 40-dan çox kənddə belə qəbullar keçirib.

Avqustun 25-də millət vəkili İsmayıllı rayonunun Babadağ ziyarətgahının ətəyində yerləşən ən ucqar dağ kəndləri olan Brovdal, Çandahar, Əhən və Lahıc qəsəbəsində seçiciləri ilə görüşüb.

Sakinlərin müraciətləri əsasən elektrik dirəklərinin yenisi ilə dəyişdirilməsi, həmçinin, sosial yönümlü məsələlərdən ibarət olub. Millət vəkili bu məsələ ilə bağlı müvafiq qurumlara müraciətin ediləcəyini sakinlərin diqqətinə çatdırıb.

Bunlarla yanaşı 10-20 nəfərə hər ay mütəmadi olaraq ərzaq yardımlarının ediləcəyi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR