SOCAR Bolqarıstanla Yunanıstanın tikdiyi interkonnektorun imkanlarından istifadə edəcək

SOCAR Bolqarıstanla Yunanıstanın tikdiyi interkonnektorun imkanlarından istifadə edəcək
# 01 aprel 2016 15:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. SOCAR rəsmi Sofiyaya Bolqarıstan və Yunanıstan arasında tikilməsi planlaşdırılan qaz interkonnektorunun imkanlarından istifadəni nəzərdə tutan təklif göndərib. "APA-Economics" bolqar mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Bolqarıstanın Energetika naziri Temenujka Petkova deyib.

Onun sözlərinə görə, interkonnektordan istifadə ilə bağlı ümumilikdə 6 şirkətdən təklif gəlib. Bunlar Bolqarıstanın milli qaz təchizatçısı "Bulgargaz", Yunanıstanın DESFA və "Gastrade", İtaliyanın "Edison", ABŞ-ın "Noble Energy" şirkətləridir.

"İnterkonnektorun imkanları sorğular əsasında 4 milyard kubmetr həcmində müəyyənləşdirib. İnterkonnektorun tikintisinin birinci mərhələsi yekunlaşdırmaq üzrədir. İnterkonnektorun rəhbərliyi Cənub Qaz Dəhlizinə qoşulmağı təmin etməklə Rusiyadan asılılığa son qoymaq niyyətindədir. Maraq çox olduğundan sorğuların cavablandırılması üzrə müddət aprelin 8-ə qədər uzadılıb. Seçimlər hər iki ölkə tərəfindən araşdırılır", - deyə nazir bildirib.

T. Petkova əlavə edib ki, 2016-cı ilin ortalarına qədər layihənin ikinci mərhələsi yekunlaşacaq.

Qeyd edək ki, tikintinin bu ilin oktyabrında başlaması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR