Gəncə sakinindən narkotik götürülüb

Gəncə sakinindən narkotik götürülüb
# 08 avqust 2016 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhər sakinindən narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Quliyevin evinə baxış zamanı 1 kiloqram 540 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR