Opera və Balet Teatrında "Vaqif" operası nümayiş olunacaq

Opera və Balet Teatrında "Vaqif" operası nümayiş olunacaq
# 17 avqust 2016 10:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif" operasının nümayişi olacaq. APA-nın məlumatına görə, tamaşada Vaqif obrazını ilk dəfə olaraq Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Ramil Qasımov ifa edəcək.

Yeni quruluşda hazırlanmış “Vaqif” operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyi ərəfəsində oynanılacaq. Səhnə əsərinin quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev, Tural Ağasiyev çıxış edəcəklər.

Ramil Qasımov Vaqif obrazının onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Çalışacağam ki, bu etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğruldum”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR