Rusiya sabiq XİN rəhbəri: "Rusiya ilə Türkiyə Qafqazda sabitliyin olmasında maraqlıdır"

Rusiya sabiq XİN rəhbəri: "Rusiya ilə Türkiyə Qafqazda sabitliyin olmasında maraqlıdır"
# 15 oktyabr 2015 14:10 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 95 illiyinə həsr olunan konfransda Rusiyanın keçmiş xarici işlər naziri, Beynəlxalq İşlər üzrə Rusiya Şurasının (BİRŞ) prezidenti İqor İvanov deyib.

"Fikrimcə, Rusiya və Türkiyənin marağı Qafqazda sabitliyin olmasıdır. Regiondakı sabitlik üçün Türkiyə və Rusiya kimi böyük oyunçuların qarşılıqlı fəaliyyəti vacibdir. Bizim bu regionda mövcud olan problemlərə müxtəlif baxışımız, müxtəlif yanaşma tərzimiz ola bilər. Lakin bu, dialoqa və qarşılıqlı fəaliyyətə maneə olmamalıdır", - deyə İ. İvanov bildirib.

Sabiq XİN başçısı bu gün keçirilən konfransın da bunu sübut etdiyini söyləyib: "Bu onu göstərir ki, biz mürəkkəb problemlərdən qaçmırıq, bu problemlərlə bağlı müzakirələr aparırıq. Bu gün keçirilən konfransda Cənubi Qafqazda, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında mövcud olan problemlərə həsr olunan xüsusi sessiya da təşkil olunacaq. Bununla da biz təsdiq edəcəyik ki, həmin regionlarda birgə çalışmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR