Şəhid gizirin medalı Tovuzda ailəsinə təqdim olunub

Şəhid gizirin medalı Tovuzda ailəsinə təqdim olunub
# 23 may 2016 16:46 (UTC +04:00)


Tovuz. Azər Məmmədli – APA. Azərbaycan Ordusunun ötən ay cəbhədə ermənilərlə döyüşdə şəhid olan giziri Mirsalam Cəfərovun ölümündən sonra təltif olunduğu "İgidliyə görə" medalı bu gün anadan olduğu Tovuz rayonunda ailəsinə təqdim olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bununla bağlı keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, şəhidin ailə üzvləri və içtimayət nümayəndələri iştirak edib.

Çıxış edənlər Mirsalam Cəfərovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, onun qorxmazlığından söz açıblar. Valideynləri belə qəhrəman övlad böyütdükləri üçün fəxr etdiklərini bildiriblər. Şəhidin təltif olunduğu medal atası Təvəkkül Cəfərovun yaxasına asılıb.

Övladı ilə qürur duyduğunu bildirən şəhid atası özü və oğlu Mirhəşimlə hər zaman döyüşə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR