Bu il Azərbaycanda orta aylıq əmək haqqı 7%-ə qədər artıb

Bu il Azərbaycanda orta aylıq əmək haqqı 7%-ə qədər artıb
# 12 avqust 2016 15:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 2733,7 manat, qeyri-neft sektorunda 434,8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 367,8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 660,4 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR