Gürcüstan Azərbaycana məhsul ixracını azaldıb

Gürcüstan Azərbaycana məhsul ixracını azaldıb
# 19 avqust 2016 11:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 317 mln. 419,5 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Gürcüstan Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsinin Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində payı 4,8% təşkil edir.

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstandan Azərbaycana 58 mln. 247,5 min ABŞ dolları məbləğində məhsul ixrac edilib. Bu, ötən ilin yeddi ayı ilə müqayisədə 93 mln. 808,4 min dollar və ya 2,61 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 259 mln. 172,1 min dollar dəyərində məhsul ixrac edilib. Ötən 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə isə bu rəqəm 55,963 min dollar və ya 17,76% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR