Azərbaycanda bu il avtobusla 503 milyon, taksi ilə 20 milyon sərnişin daşınıb

Azərbaycanda bu il avtobusla 503 milyon, taksi ilə 20 milyon sərnişin daşınıb
# 18 may 2016 10:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 39,6 mln. ton yük, 522,7 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.

Sərnişinlərin 96,2%-i (502 milyon 837 min 400 nəfər) avtobus, 3,8%-i (19 milyon 862 min 600 nəfər) isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Bundan başqa, avtomobil nəqliyyatı ilə qeyd olunan dövrdə daşınan yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Qeyd edək ki, ümumilikdə cari ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda sərnişindaşımaların 87,8%-i, yükdaşımaların isə 59,9%-i avtomobil nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR