Naxçıvan Muxtar Respublikasında əhalinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı açıqlanıb
# 29 yanvar 2016 19:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasında əhalinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Dövlət Statistika Komitəsi Naxçıvan Muxtar Respublikasında əhalinin sayının 1 dekabr 2015-ci il tarixinə bir il öncəyə nisbətdə 4 min 625 nəfər artdığını açıqlayıb.

Beləliklə, Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 1 dekabr 2015-ci il tarixinə artaraq 444 min nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR