Məhkəmə saxta pul kəsməkdə təqsirləndirilən Belçika vətəndaşlarının cəzalarını azaldıb

Məhkəmə saxta pul kəsməkdə təqsirləndirilən Belçika vətəndaşlarının cəzalarını azaldıb
# 12 avqust 2016 14:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən Belçika vətəndaşları - Maput Martial və Hongla Samuelin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən onların barəsində olan həbs cəzası 4 il azaldılaraq, 6 ilə endirilib.

Qeyd edək ki, həmin şəxslər ötən il aprelin 3-də tutublar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR