Türkiyənin futbol üzrə millisi Rusiya ilə heç-heçə oynayıb

Türkiyənin futbol üzrə millisi Rusiya ilə heç-heçə oynayıb
# 31 avqust 2016 22:54 (UTC +04:00)

Bakı-APA. Bu gün bir çox milli komandalar beynəlxalq yoldaşlıq oyunlarında güclərini sınayıblar.

Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu Sergey Zenyovun da meydana çıxdığı oyunda Estoniya millisi Malta ilə bərabərliyə razılaşıb. “Pribaltika”lıların yeganə qoluna Zenyov imza atıb.

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Çexiya isə Ermənistan millisi ilə qarşılaşıb. Matç çexlərin 3:0 hesablı darmadağını ilə yekunlaşıb.

Seçmə mərhələdəki digər həmqrupumuz Norveç isə Belarusa uduzub – 0:1.

Gecənin digər oyunlarında Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi Mərakeşlə qolsuz bərabərliyə razılaşıb. Rəqibimiz Almaniya isə Finlandiyanı iki cavabsız qola "qonaq edib".

Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə yığması da gücünü sınayanlar arasında olub. “Ay-ulduzlular” Şimal qonşumuz Rusiya ilə heç-heçə oynayıb - 0:0.

Hazırlıq oyunları

31 avqust

Estoniya – Malta – 1:1

Qollar: Zenyov, 57 – Effionq, 59

Norveç – Belarus – 0:1

Qol: Krivets, 56

Çexiya – Ermənistan – 3:0

Qollar: Kreyçi, 4, Kadleç, 34, Kopiç, 86

Danimarka – Lixteynşteyn – 5:0

Qollar: Yorgensen, 30, 33, Kornelius, 49, Fişer, 26, Larsen, 84

Albaniya – Mərakeş – 0:0

Türkiyə - Rusiya – 0:0

Almaniya – Finlandiya – 2:0

Qollar: Mayer, 55, Məsut, 77

İrlandiya – Oman – 4:0

Qollar: Breydi, 8, Kin, 30, Valters, 34, 63

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR