Yevlaxda yaşayış binasında yanğın baş verib

Yevlaxda yaşayış binasında yanğın baş verib
# 21 fevral 2016 14:39 (UTC +04:00)

Bakı – APA. Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 3 otaqlı mənzilin mətbəxindən keçən elektrik kabeli 1 p.m və pəncərə çərçivəsi yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR