Prokurorluq Gəncədə qadının yanıq xəsarətləri alması ilə nəticələnən hadisəyə aydınlıq gətirib

Prokurorluq Gəncədə qadının yanıq xəsarətləri alması ilə nəticələnən hadisəyə aydınlıq gətirib
# 16 avqust 2016 16:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhər prokurorunun böyük köməkçisi Anar Haqverdiyev şəhər sakini Mehriban Alıyevanın özünü yandırması barədə məlumata aydınlıq gətirib.

Anar Haqverdiyev APA-ya açıqlamasında bildirib ki, şəhər sakini Mehriban Alıyeva yaşadığı evin həyətyanı sahəsində qaz sobasında yemək bişirən zaman təbii qazla ehtiyatsız davranıb. Nəticədə üzərində olan paltar yanıb.

M. Alıyeva dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda onun səhhəti normaldır.

A. Haqverdiyev göstərilənlərin M. Alıyevanın qardaşı Tapdıq Alıyev və gəlini Ülviyyə Namazova tərəfindən də təsdiq edildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR