Nabranda batan ikinci şәxsin meyiti tapılıb - YENİLƏNİB

Nabranda batan ikinci şәxsin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 24 avqust 2016 20:01 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.

Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

***

17:04

Xaçmaz. Vəli Turan - APA. Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə batıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E. Ömərovun axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR