Masallıda restoran, Tovuzda 5 otaqlı ev yanıb

Masallıda restoran, Tovuzda  5 otaqlı ev yanıb
# 31 avqust 2016 02:00 (UTC +04:00)

Bakı-APA. Masallı və Tovuzda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunda yanğın vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyadan ibarət restoranda baş verib. Nəticədə restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Restoranın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Tovuz rayonunda isə yanğın Ağbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Evə bitişik ümumi sahəsi 45 kv.m olan talvar yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR