Robert Prosineçki: “Qol şanslarından kifayət qədər istifadə edə bilmədik”

Robert Prosineçki:  “Qol şanslarından kifayət qədər istifadə edə bilmədik”
# 04 sentyabr 2016 21:20 (UTC +04:00)

Bakı-APA. “Mənim komandam rəqibdən üstün idi və bunu bugünkü oyun sübut etdi. 90 dəqiqə üstünlük bizdə idi. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüflər olsun ki, qol şanslarından kifayət qədər istifadə edə bilmədik".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin San Marino ilə keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

“Əsas odur ki, qələbə qazandıq və tsiklə üç xalla başladıq. Bilirdim ki, bizi çətin oyun gözləyir. Rәqib zəif olsa da, azlıqda qalsalar da... Ancaq qələbə qazandıq. Lakin çox sevinmək lazım deyil. Diqqətləri qarşıdakı çətin oyuna yönəltmək lazımdır. Sonuncu dəfə Norveçlə oyunda Azərbaycan ən yaxşı çıxışını nümayiş etdirdi. Üstəlik bu oyun səfərdə olub. Növbəti ayda da rəqib eyni komandadır. Ancaq üzərimizdə işləyəcəyik və əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”, deyə R.Prosineçki bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR