AŞPA missiyasının rəhbəri: "Müşahidələrimizlə bağlı son nəticələri 1-2 aydan sonra təqdim edəcəyik"

AŞPA missiyasının rəhbəri: "Müşahidələrimizlə bağlı son nəticələri  1-2 aydan sonra təqdim edəcəyik"
# 26 sentyabr 2016 11:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova -APA. AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.

APA-nın məlumatına görə, bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: "Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR