Radovan Karadjiç 40 il azadlıqdan məhrum edilib

Radovan Karadjiç 40 il azadlıqdan məhrum edilib
# 24 mart 2016 16:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi "Bosniya qəssabı" kimi tanınan sabiq serb lideri Radovan Karadjiçə hökm oxuyub.

APA-nın məlumatına görə, hakimlər onu 40 il azadlıqdan məhrum edib. R. Karadjiç Srebrenitsada 8 min müsəlmanın soyqırımını törətməkdə ittiham edilir.

R. Karadjiç elan olunan 11 ittihamdan 10-nu qəbul edib.

O, 1992-1998 illəri arasında 100 min insanın ölümünə, 4 milyon bosniyalının evsiz qalmasına səbəb olan müharibə zamanı insanlığa qarşı cinayət və soyqırımda günahlandırılırdı.

70 yaşlı keçmiş lider 2008-ci ildə Belqradda yaxalanıb məhkəmə qarşısına çıxrılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR