Misir Azərbaycanla tələbə mübadiləsini nəzərdə tutan müqavilənin yenilənməsini istəyir

Misir Azərbaycanla tələbə mübadiləsini nəzərdə tutan müqavilənin yenilənməsini istəyir
# 29 mart 2016 12:05 (UTC +04:00)

Qahirə. Türbət Bağırova - APA. "Ölkələrimiz arasında tələbə mübadiləsini nəzərdə tutan müqavilənin müddəti 2012-ci ildə bitib. Misir müqavilənin yenilənməsini istəyir".

APA-nın Misirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu bu ölkənin ali təhsil naziri Əşrəf əl-Şiha azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, tələbə mübadiləsini nəzərdə tutan müqavilə əsasında 100-dək misirli tələbə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunub, onların yarısı artıq təhsilini başa vuraraq Misirə qayıdıb: "Onların əksəriyyəti tibb, geologiya, riyaziyyat səhəsi üzrə təhsil alırlar".

Azərbaycanlı tələbələrin isə Misir universitetlərinin dil və din bölmələrində təhsil aldıqlarını deyən Əşrəf əl-Şihanın sözlərinə görə, Misirin SOHAC Universiteti ilə ADA Universiteti arasında tələbə mübadiləsinə dair danışıqlar gedir: "Xəzər Universitetinin rektoru da Misirdə olub, əməkdaşlıq məsələlərini müzakirə edib. Misirlə Azərbaycan arasında əməkdaşlığın elmi tədqiqat sahələrində də inkişaf etdirilməsini vacib hesab edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR