Gəncədə iki qadın kimyəvi maddədən zəhərlənib

Gəncədə iki qadın kimyəvi maddədən zəhərlənib
# 02 aprel 2016 14:23 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə zəhərlənmə faktları qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1991-ci il təvəllüdlü Tamara Əliyeva kimyəvi zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, T. Əliyeva yaşadığı evdə ağardıcı üçün istifadə edilən kimyəvi məhlul içərək zəhərlənib.

Şəhər sakini 1963-cü il təvəllüdlü Dursun Əliyevada məişətdə istifadə ağardıcı maddə içərək zəhərlənib. Dərhal xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR