Azərbaycanda alman irsi haqqında film çəkiləcək

Azərbaycanda alman irsi haqqında film çəkiləcək
# 25 may 2016 08:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir müavini Sevda Məmmədəliyeva Alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması ilə bağlı layihənin müzakirəsi olub, nümayəndə heyətinin filmin çəkilişləri ilə bağlı Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına olan səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır.

Kinorejissor Fridhelm Brükner layihənin həyata keçirilməsini Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini bildirib. Razılığa əsasən filmin Almaniyanın bir neçə televiziya kanallarında yayımı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR