Azərbaycan yığması toplanışa 24 futbolçu ilə başlayır

Azərbaycan yığması toplanışa 24 futbolçu ilə başlayır
# 01 fevral 2016 14:26 (UTC +04:00)

Bakı – APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına başlayır. Apasport-az saytının məlumatına görə, baş məşqçi Nazim Süleymanov artıq heyəti də açıqlayıb.

O, fevralın 5-dən 15-dək Bakıda təşkil ediləcək hazırlıq prosesinə 24 oyunçu cəlb edəcək. Millimizin bu müddətdə bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

U-19-a dəvət alan futbolçular: Elnur Orucov, Süleyman Süleymanov, Əzəmət Ələkbərli, Sahil Zeynalov, Amin Seydiyev, Hacıağa Hacıyev, Baxışəli Baxışəliyev, Ravil Yusifli, Rövlan Muradov (hamısı “Qəbələ”), Tural Osmanov, Sərxan Əhmədli, Əli Şirinov (hamısı “Neftçi”), Murad İslamov, Yusif Cəfərov, Tural Bayramlı, Malik Bayramov, Elçin Əliyev (hamısı “Zirə”), Azər Cabbarov, Samir Məmmədzadə (“Neftçi” İB), Fuad Bayramov, İsmayıl İbrahimli (hər ikisi AZAL), Nicat Süleymanov (“Bakı”), Zaur Fərzəliyev (“Qarabağ”), Camal Camalov (“İnter”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR